Saytımızı qiymətləndirin


 
 

Sarkisyan: "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair danışıqlar yeni sənəd üzrə aparılmalıdır
Tarix: 18-02-2018 | Saat: 10:10
Bölmə:Karusel / Dünya | çapa göndər

 



sarkisyan ermenistan turkiye munasibetlerinin normallasdirilmasina dair danisiqlar yeni sened uzre aparilmalidir

Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Seri Sakkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

“Zaman burada, sanki, dayanıb. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Mənim təşəbbüsümlə başlanmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilərdi.  Lakin, münasibətlərinin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokolları kağız üzərində qaldı”, - deyə Seri Sarkisyan bildirib.    

 

“Türkiyə nəinki bu protokolları ratifikasiya etmədi, hətta, sənədlərə heç bir aidiyyəti olmayan ilkin şərtlər irəli sürdü. Bu, tarixi fürsətin əldən verilməsindən başqa bir şey deyil”, -  deyə  S.Sarkisyan qeyd edib.    

 

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanmışdır”, - deyə S.Sarkisyan bildirib.    

 

“Türkiyə protokolların ratifikasiyası üçün yeni şəraitin yaranmasını gözləmək niyyətindədirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənəd üzrə aparılmalıdır. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”,  - deyə . Ermənistan prezidenti çıxışı zamanı bildirib



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər
25-01-2024, 15:42 Yunanıstanda ZƏLZƏLƏ