"Uzun illərdən bəri ilk dəfədir ki, doğum günümdə ruhumda bir təntənə hiss edirəm...”
Tarix: 15-05-2021 | Saat: 14:43
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1422 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-05-2021 | Saat: 14:43
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Rusiya ordusu “Laçın dəhlizi” deyilən ərazimizi də, Laçın şəhərini də uzağı 5 ilə, bəlkə də lap tez tərk etməyə məcbur olacaq...”
“Uzun illərdən bəri ilk dəfədir ki, digər günlərdə kimi, doğum günümdə də ruhumda bir rahatlıq, dinclik və təntənə hiss edirəm. Artıq xəcalət basqısı altında, utancla yaşadığımız günlər geridə qalmaqdadır. Şəhidlərimizin, qazilərimizin canı, qanı sayəsində torpaqlarımızın, o cümlədən doğma Laçınımızın əksər hissəsi birbaşa dövlətimizin, ordumuzun nəzarətinə keçib”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri doğum günündə Moderator.az əməkdaşının açıqlama götürdüyü keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa dilə gətirib.
“İtirilməsində günahın kimdə olmasına rəğmən ayağının altında yurd torpağı olmayan kişi başını dik qaldırıb gəzə bilmir. İstər laçınlı, şuşalı, kəlbəcərli, qarabağlı, istərsə də bakılı, şəkili, gəncəli, bərdəli və s. olsun. İnşallah, inanırıq ki, yaxın vaxtlarda “qaçqın” damğası üzərimizdən götürülən hamımız öz yurdlarımızda, o cümlədən Laçında daimi məskunlaşacaq və Yuxarı Qarabağdakı digər torpaqlarımız: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. üzərində də suveren haqlarımızı bərpa edəcəyik”- deyə polkovnik gələcəyə inamını ifadə edib.
Keçmiş alay komandiri Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin Laçın şəhəri və ətraf kəndlərdəki mövcudluğu məsələsinə də toxunub.

“Rusiya ordusu da Laçında, Qarabağda müvəqqətidir. Onlar gəldi-gedərdi. Necə ki, digər yerlərə də gəldilər və sonda çıxmağa məcbur oldular. “Laçın dəhlizi” deyilən ərazimizi də, Laçın şəhərini də uzağı 5 ilə, bəlkə də lap tez tərk etməyə məcbur olacaqlar. Çünki bu torpaqların əzəli və əbədi sakinləri var. İlahi ədalət gec-tez təcəlli edir və bütün torpaqlar öz əzəli-əbədi sakinlərinə qismət olur”- deyə polkovnik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-01-2022, 19:10
Kadri Simson CQD-nin Məşvərət Şurasının iclasına qatılacaq
9-12-2021, 12:30
Saxta COVID-19 pasportu ilə 101 nəfəri Rusiyaya aparmaq istəytən şirkət rəhbərinə cinayət işi açılıb
29-02-2024, 16:27
Azərbaycan XİN Avroparlamentin qətnaməsini RƏDD ETDİ
6-06-2026, 09:43
ABŞ İranın radar qurğularına zərbələr endirib
7-10-2022, 20:37
ABŞ Çin şirkətlərini "qara siyahı"ya saldı
28-02-2023, 17:07
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiq edilib
19-12-2024, 15:41
Baş nazir Azərbaycanın D-8-ə üzvlüyünə görə təşəkkürünü bildirib
28-10-2021, 17:35
Prezident İlham Əliyev Ərdoğanla fotosunu paylaşıb
1-10-2020, 11:00
Düşmənin artilleriya qurğuları belə məhv edilib


















