Ermənistanda artıq türk dilində verilişlər və mahnılar yayımlanmağa başladı...
Tarix: 11-05-2021 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər
1406 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-05-2021 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər

Rəsmi qurumlardan bunun normal olduğu bildirilib...
“Hazırda Ermənistandakı FM radio proqramları 88.8 MHz tezliyində türk dilində verilişlər və mahnılar yayımlayır”
Qarabaginfo.az xəbər verir ki, bu haqda yazan "Johovurd" qəzetinin əməkdaşı bunun necə mümkün olduğunu anlamaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.
MTX-dən əvvəllər erməni verilişləri və mahnıları yayımlanan dalğada indi türkcə proqramların yayımlanmasının səbəbini belə izah ediblər:
"Bu radio kanalının Ermənistan Respublikası ərazisində yayılması onun yayımçılarının gücü və ərazisi ilə şərtlənir. Və eyni şəkildə erməni radio kanalları da Ermənistan Respublikası ilə həmsərhəd olan türk şəhərlərində yayımlanır" (Moderator.az)
Eyni zamanda MTX nümayəndələri jurnalistlərə daha ətraflı məlumat üçün Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə əlaqə saxlamağı da tövsiyə ediblər. Nazirlikdən erməni qəzetinin sualına cavab olaraq bunlar deyilib:
“8 aprel tarixində yayımın Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən bir radio yayım şirkəti tərəfindən aparıldığı məlum olub. Radio yayımlarının radio kanalları vasitəsi ilə ötürülməsi və radio kanallarının sərhəd və dövlətləri tanımaması nəzərə alınaraq digər ölkələrin radio sistemlərinə müdaxilə etməmələri şərtiylə radio frekanslarının ayrılması dövlətlərdən gələn müraciətlərə əsaslanır".
“Eyni zamanda nazirlik rəsmiləri Türkiyə radiosunun yayımlanmasının Ermənistanda heç bir radio yayım cihazının işinə mane olmadığını vurğulayıblar. Başqa sözlə, nazirlik ölkədə türk dilində proqramların istifadəyə verilməsi normaldır və belə də qalacaq"- deyə erməni qəzeti yazır.
Xəbəri paylaş
Digər xəbərlər
8-01-2026, 13:54
Elşad Xose həbs edildi
9-11-2022, 21:46
Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb
22-07-2025, 13:39
Gürcüstan Azərbaycan-Ermənistan sülh razılaşması istiqamətində addımları təqdir edir
26-03-2021, 11:57
Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb
10-07-2024, 08:11
Stoltenberq: NATO-ya yeni üzvlərin qəbul edilməsi asan qərar deyildi
31-05-2022, 17:21
İlham Əliyev 7 fərman imzaladı
19-03-2022, 17:21
Tuneldə zəncirvari qəza - Yaralananlar var
22-08-2024, 12:11
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif olunub
11-12-2024, 10:59
Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

















