Saytımızı qiymətləndirin


 
 

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb
Tarix: 04-05-2021 | Saat: 17:31
Bölmə:Karusel / Hadisə | çapa göndər

 Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - YENİLƏNİB - FOTOLAR

Bakı-Qazax yolunun 60 kilometrliyində BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşını toqquşub.

Qarabaginfo.az xəbər verir ki, 99 HF 789 dövlət nömrə nişanlı BMW markalı avtomobili idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən ölüb.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyst hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsindən  Qarabaginfo.az-a verilən məlumata görə, müğənninin ölümünə səbəb olan qəza mayın 4-də səhər 05:45-də Bakı-Qazax yolunun 60-cı km-də -Qaradağ rayonu ərazisində baş verib. Bakı şəhər sakini,17.05.1967 -ci il təvəllüdlü Aslan Tofiq oğlu Hüseynovun  idarə etdiyi BMV markalı avtomobil Qazaxdan Bakı istiqamətinə gedərkən avtomaşın qarşıda hərəkətdə olan "KAMAZ" markalı avtomaşının arxasına çırpılıb. Nəticədə sürücü, 54 yaşlı  Aslan Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. Müğənninin avtomaşında tək olduğu deyilir.
Ehtimal edilir ki, o yorğun olduğundan sükan arxasında yuxulayıb. Avtomobildən digər bir sənəd də  tapıldığından onun avtomaşında tək olmadığı barədə sosial şəbəkələrdə məlumat yayılıb və bu həqiqəti əks etdirmir. Əslində qəza vaxtı Aslan Hüseynov tək olub. 

Mərhum müğənninin meyiti tibbi ekspertiza edilib. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində CM-nin 263.2 maddəsilə cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır. 

Məlumat üçün bildirək ki, müğənni Aslan Hüseynovun mayın 17-də 54 yaşı tamam olacaqdı. 

Allah rəhmət eləsin!

 

 

APA



Xəbəri paylaş

1325 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70