Andranik Laçının Zabux kəndində terrorçu Njdeyə heykəl qoymağa hazırlaşır...
Tarix: 24-04-2021 | Saat: 13:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1475 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-04-2021 | Saat: 13:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Kəndimizdə Njdenin adına məktəb varsa, heykəli niyə olmasın?..”
Azərbaycan Respublikasının noyabrın 11-dən faktiki olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Laçın rayonunun Zabux kəndində qanunsuz olaraq sülənən ermənilərin livanlı terrorçu başçısı Andranik Çavuşyan yenidən gündəmə gəlib.

Qarabaginfo.az xəbər verir ki, A. Çavuşyan erməni mediasına müsahibəsində bu dəfə Azərbaycanın bəhs edilən kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından danışıb.
Onun sözlərinə görə, buna əsas səbəb son günlər Xocavənddə Njdeyə qoyulmuş abidənin sökülməsi haqda xəbərlər olub. Həmin informasiyaları eşitdikdən sonra livanlı terrorçu qərara gəlib ki, Zabuxda Qaregin Njdenin adına məktəb varsa, heykəli niyə olmasın... Buna görə də həmin məqsədini həyata keçirmək üçün A.Çavuşyan maliyyə vəsaiti axtarmağa başlayıb. Bundan xəbər tutan Rusiya hərbçilərinə isə həyasız livanlı erməni deyib ki, bu məsələyə qarışmağa sizin ixtiyarınız yoxdur, sülhməramlısız, gedin öz missiyanızla məşğul olun, öz torpağımda nə edərəm, özüm bilərəm...
Müsahibəsində Azərbaycan kəndinin qanunsuz “mer”i Azərbaycan və Türkiyə əleyhinə növbəti dəfə nifrət dolu hədyanlar səsləndirib.
Xatırladaq ki, 2011-ci ildən Ermənistan tərəfindən bir qrup digər livanlılarla bərabər Laçın rayonunun Zabux kəndində qanunsuz olaraq məskunlaşdırılmış terrorçu və faşist xislətli Andranik Çavuşyan 2020-ci ilin noyabrından bəri Rusiya hərbçilərinin tələblərinə rəğmən silahlarını təhvil verməyib. Bir müddət əvvəl isə həmin həyasız erməni “Bu kəndə bir azərbaycanlı girsə, onun başını daşla əzərəm” söyləmişdi... (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
22-12-2024, 09:50
Orban: Tramp andiçmə mərasimindən sonra Ukraynadakı münaqişənin həlli üçün addımlar ata bilər
3-07-2023, 17:03
Saakaşvilinin dəhşətli görüntüləri - FOTOLAR
22-03-2023, 23:03
Oqtay Əliyevin nəşi ailəsinə verilib
29-03-2022, 15:58
Deputat: Azərbaycanın Qarabağda qazandığı qələbə ilə soyqırım qurbanlarının qisası alındı
25-03-2022, 12:00
"Moody's" Ermənistanın reytinqləri üzrə proqnozu endirib
19-02-2025, 08:19
Duda: ABŞ Avropada qoşunlarının mövcudluğunu azaltmaq fikrində deyil
20-06-2021, 19:47
Səs verən Ter-Petrosyan jurnalistlərin suallarını cavabsız qoydu - Foto
18-05-2026, 08:17
KİV: İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb
13-09-2024, 10:58
"Formula 1": Azərbaycan Qran prisinə start verilir


















