Ana Sayfa > Karusel / Qarabağ > Andranik Laçının Zabux kəndində terrorçu Njdeyə heykəl qoymağa hazırlaşır...
Andranik Laçının Zabux kəndində terrorçu Njdeyə heykəl qoymağa hazırlaşır...24-04-2021, 13:52. Yazar: Admin |
“Kəndimizdə Njdenin adına məktəb varsa, heykəli niyə olmasın?..”
Azərbaycan Respublikasının noyabrın 11-dən faktiki olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Laçın rayonunun Zabux kəndində qanunsuz olaraq sülənən ermənilərin livanlı terrorçu başçısı Andranik Çavuşyan yenidən gündəmə gəlib.
Qarabaginfo.az xəbər verir ki, A. Çavuşyan erməni mediasına müsahibəsində bu dəfə Azərbaycanın bəhs edilən kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından danışıb.
Onun sözlərinə görə, buna əsas səbəb son günlər Xocavənddə Njdeyə qoyulmuş abidənin sökülməsi haqda xəbərlər olub. Həmin informasiyaları eşitdikdən sonra livanlı terrorçu qərara gəlib ki, Zabuxda Qaregin Njdenin adına məktəb varsa, heykəli niyə olmasın... Buna görə də həmin məqsədini həyata keçirmək üçün A.Çavuşyan maliyyə vəsaiti axtarmağa başlayıb. Bundan xəbər tutan Rusiya hərbçilərinə isə həyasız livanlı erməni deyib ki, bu məsələyə qarışmağa sizin ixtiyarınız yoxdur, sülhməramlısız, gedin öz missiyanızla məşğul olun, öz torpağımda nə edərəm, özüm bilərəm...
Müsahibəsində Azərbaycan kəndinin qanunsuz “mer”i Azərbaycan və Türkiyə əleyhinə növbəti dəfə nifrət dolu hədyanlar səsləndirib.
Xatırladaq ki, 2011-ci ildən Ermənistan tərəfindən bir qrup digər livanlılarla bərabər Laçın rayonunun Zabux kəndində qanunsuz olaraq məskunlaşdırılmış terrorçu və faşist xislətli Andranik Çavuşyan 2020-ci ilin noyabrından bəri Rusiya hərbçilərinin tələblərinə rəğmən silahlarını təhvil verməyib. Bir müddət əvvəl isə həmin həyasız erməni “Bu kəndə bir azərbaycanlı girsə, onun başını daşla əzərəm” söyləmişdi... (Moderator.az)
Geri dön |