Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlıları Kəlbəcərə 145 ton humanitar yardım çatdırıb
Tarix: 07-04-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər

title

Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycana qaytarılan ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Enerji təchizatı və su təchizatı sistemlərinin, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 15 “KamAZ” hərbi maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin on ikinci Rusiya karvanı Suqovuşan - Kəlbəcər marşrutu ilə irəliləyərək Kəlbəcərə 145 ton yükün çatdırılmasını təmin edib. Həmçinin enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və avadanlıqlar çatdırılıb.

Qeyd edilib ki, ümumilikdə, Rusiya sülhməramlılarının yardımı ilə on iki avtomobil karvanı 2100 tondan çox yük daşıyıb.




125 dəfə oxunub.

Digər xəbərlər