Saytımızı qiymətləndirin


 
 

Deputat müharibə veteranlarının müavinətinin artırılmasını təklif edib
Tarix: 02-04-2021 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Meclis

“Bu gün dövlətimiz şəhid ailələri, qazilərin problemlərin həllinə çox böyük həssaslıqla yanaşır”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, tarixi qələbə qazandığımız Vətən müharibəsindən sonra şəhid ailələri, müharibədə yaralanmış qazilərimizə verilən pulda böyük artım oldu: “Ancaq müharibə iştirakçılarının aldıqları müavinətin artırılmasının mümkünlüyü müzakirə edilməlidir”.

Deputat Aqil Abbas bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə evini satıb könüllü gələn insanlar olub: “Onların bəziləri şəhid, bəziləri qazi olub. Əllərində avtomatın nömrəsi, hərbi hissənin nömrəsi olan insanlara veteran adı verilmir. Onlar bunu veteran puluna görə yox, müharibədə vuruşduqlarını sübut edə bilmək üçün istəyirlər. Nazirlər Kabinetində veteranlarla bağlı komissiya var. Bu komissiya işini gücləndirməlidir”.



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər