Tarix: 19-02-2022 | Saat: 15:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
“SAT Group” tərəfindən beşinci dəfə təşkil olunan Azərbaycanın ən böyük satış forumu işə başlayıb.
Qarabaginfo.az xəbər verir ki, tədbirdə sahibkarlar, CEO-lar, satış rəhbərləri, menecerlər “2022 – Satışın Yüksəlişi” mesajı ilə “Baku Marriott Hotel Boulevard”da bir araya gəlib. Satış üzrə ilin ilk vacib forumu 3 paneldə keçirilir: “Müasir satış alətləri”, “Satış idarəetməsi” və “Dijital satış strategiyaları”.
Forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.
Bu il 3 panel, 3 moderator və hər paneldə 3 spiker olmaqla, toplam 9 spikerin olması planlaşdırılıb. Forumda spikerlər “Satış idarəetməsi”, “Dijital satış strategiyası”, “Müasir satış alətləri” panellərində çıxış edəcəklər.
Spikerlərin siyahısı:
“Müasir satış alətləri” paneli:
Moderator: Azad Qəhrəmanov (SAT Group, Director)
Spiker: Elgiz Əliyev ("NSC Soft", Country Sales Manager)
Spiker: Nəcəf Bədəlov ( Basqal Resort&Spa, General Manager)
Spiker: Anar Verdiyev (Azerconnect, Head of Fixed Products Sales Department)
“Satış idarəetməsi” paneli:
Moderator: Anar Bayramov (“SAT Group” Business Management Consultant)
Spiker: Şəmsi Bayramzadə (“Azersun Holding” Head of Trade Marketing)
Spiker: Pərviz Əzimov (“Bizim Market / Novas Home” Head of Marketing Department)
Spiker: Anar Nəbi (“Arter” General Manager)
“Dijital satış strategiyaları” paneli:
Moderator: Əfsun Qurbanov (“MORPHO”, Director)
Spiker: Ağarəhim Poladov (“Step IT” Marketing Manager)
Spiker: Samir Kərimov (“189 TAXI”, CEO)
Spiker: Ramiz Əlili (“Umico Market”, Head of Local Merchant)
Tədbirin informasiya tərəfdaşı qismində APA çıxış edir.
Digər xəbərlər