Saytımızı qiymətləndirin


 
 

AFFA "Qarabağ"ın cəzasını ləğv edib, "Neftçi"nin cəzasını azaldıb
Tarix: 31-03-2021 | Saat: 17:51
Bölmə:Karusel / İdman | çapa göndər

 

AFFA "Qarabağ"ın cəzasını ləğv edib, "Neftçi"nin cəzasını azaldıb

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.Qarabaqinfo. az saytının məlumatına görə, qurum “Qarabağ” və “Neftçi”nin müraciətinə baxıb.

Hər iki klub tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilib. “Qarabağ” Premyer Liqanın XVI turunun “Sumqayıt”la oyununda 8 nömrəli futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 manat cərimə cəzasından azad olunub. Son ölkə çempionuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib. 
 
Bakılıların Premyer Liqanın XVIII turunun “Sabah”la oyununda stadionda işıqlandırmasında yaranan problemlərə görə tətbiq olunan cərimənin məbləğini azaldıb. “Neftçi” ev oyununda baş verənlərə görə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 deyil, 1000 manat ödəyəcək.




111 dəfə oxunub.

Digər xəbərlər