Saytımızı qiymətləndirin


 
 

Rusiyalı səfir yenə Qarabağdan danışdı: “Çox vacib bir işin təməli atıldı”
Tarix: 19-03-2021 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Üçtərəfli işçi qrupu çərçivəsində kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı işlərin görülməsi, iqtisadi əməkdaşlığın normallaşması üçün ilkin şərtlərin müəyyənləşdirilməsi bölgədəki uzunmüddətli təhlükəsizlik üçün çox vacibdir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.

 

Onun sözlərinə görə, Rusiya rəhbərliyi də daxil olmaqla nəhəng səylər bahasına Qarabağdakı hərbi əməliyyatlar dayandırıldı, üçtərəfli bəyanat imzalandı və bölgədə sülh və təhlükəsizliyi gücləndirmək üçün çox çətin və mübahisəli, lakin çox vacib bir işin təməli atıldı.

 

"İndi Dağlıq Qarabağda dinc həyatı bərpa etmək, hərbi əməliyyatların nəticələrini aradan qaldırmaq üçün işlər aparılır",- səfir deyib.

 

Sergey Kopırkin əlavə edib ki, Rusiya hazırda Qarabağda sülhün bərqərar olması üçün üçün çox böyük səy göstərir: bir sülhməramlı kontingent orada yerləşdirilib, Türkiyə ilə Birgə Monitorin Mərkəzi qurulub, mülki infrastruktur bərpa olunur ki, bu da Qarabağ sakinlərinin normal həyata qayıtmasına imkan verir.

 

Kopırkin etimad amilinin Ermənistan-Rusiya strateji münasibətlərində əsas əhəmiyyət kəsb etdiyini vurğulayıb.



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər