Saytımızı qiymətləndirin


 
 

Bakıda banka basqın edib, qadını girov götürdü - BASQININ TƏFƏRRÜATI - FOTO
Tarix: 19-01-2018 | Saat: 16:39
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 

"Qarabaginfo" xəbər verir ki, Dünən Bakıda baş vermiş banka basqın hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialına gələn 50-55 yaşlı kişi qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

 

Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

11:26

 

Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edilib.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edərək tutub. Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib. 

 


Xəbəri paylaş

806 dəfə oxunub.

Digər xəbərlər