Saytımızı qiymətləndirin


 
 

Türkiyə-Ermənistan sərhədi də açıla bilər - İlham Əliyevdən REAKSİYA
Tarix: 26-02-2021 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Türkiyə dövlətinə göstərdiyi dəstəyə görə bir daha təşəkkür edirik. Eyni zamanda, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlı olması qardaşlığımızın rəmzidir. Türkiyə ilə Ermənistan sərhədləri 1993-cü ildə bağlanıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən deyib.  


Prezident qeyd edib ki, azadlığın ilk illərində Türkiyə Ermənistanla normal əlaqələr qurmaq niyyətində idi:

 

“Təəssüflər olsun ki, ermənilərdə türkofobiya yaranıb, bu, bu gün də davam edir. Münaqişə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Amma eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları davam edir.  Ermənistanın ana yasasında Türkiyəyə qarşı ərazi iddiası var, bütün dünyada çirkin kampaniya aparırlar. Ermənilər ağıllarını başlarına yığmaladırlar”.

 

İlham Əliyev bildirib ki, yeni vəziyyəti nəzərə alaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkündür:

 

“Bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Biz indi Azərbaycan-Ermənisan sərhədlərinin açılmasından söhbət ediriksə, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, Türkiyənin öz qərarıdır. Azərbaycanın bu məsələ ilə bağlı xüsusi mövqeyi yoxdur. İstənilən halda Türkiyənin xeyrinə olan qərar bizim də xeyrimizə olacaq”.




140 dəfə oxunub.

Digər xəbərlər