Saytımızı qiymətləndirin


 
 

“Ermənistanın gücü çatarmı bəyanatı pozsun?”
Tarix: 26-02-2021 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ermənistanla bağlı dərinə getmək istəməzdim. Mənim deyəcəklərim Ermənistanda müəyyən siyasi qruplar tərəfindən istifadə edilə bilər. Amma biz Ermənistandakı vəziyyətə biganə ola bilmərik, vəziyyəti diqqətlə izləyirik”

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının şərtləri pozula bilməz:

“Buna cəhdlər Ermənistanda vəziyyəti bundan da pis edə bilər. Hazırda Ermənistandakı vəziyyət işğalçılıq siyasətinin nəticəsidir. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Özlərini qalib, Azərbaycanı məğlub kimi təqdim edirdilər. Amma biz sübut etdik ki, qalibik.

Mən Ermənistandakı vəziyyəti nəzarətdə saxlayıram. Amma düşünmürəm ki, hansısa dəyişiklik bəyanatın reallaşmasına təsir edə bilər. Burada Rusiya prezidenti Putinin də imzası var. Bu müharibədən sonra Ermənistanın Rusiyadan asılılığı 10 qat artıb. Ermənistanın gücü çatarmı bəyanatı pozsun? Rusiya prezidentinin bəyanatdakı imzası bu bəyanatın qarantıdır”.



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər