Saytımızı qiymətləndirin


 
 

«Mina təmizləyən ştatları və avadanlığı olan əkinçilik şirkəti var?”-  Tanınmış şairdən ETİRAZ
Tarix: 23-02-2021 | Saat: 11:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər



«27 il bundan öncə mənim evimi erməni aldı, taladı, dağıtdı. Biz də qaytarıb bu torpaqları aldıq. Mənim evimin yeri məlum, yurdum bəlli, qonşum bəlli, əqrabam bəlli. Heç məndən soruşan yoxdurki, "Əbdüləli eşşəyin harada ölüb?", sənə ev tikək, tikməyək? Və yaxud harda tikək?”

Qarabaginfo.az xəbər verir ki, bunu tanınmış şair, Füzuli rayonundan məcburi köçkün düşmüş Mirmehdi Rəsul özünün sosial şəbəkə hesabında deyib.

O, əlavə edib: “Ay iri kişilər, nəhəng əmilər, zırpı qardaşlar, noolar imkan verin gedim 13 yaşımda tərk edib, 40 yaşımda qovuşduğum, dadına doymadığım, atalı-analı xatirələrlə dolu yurdumda, uzaq başı iyirmicə il yaşayım. İki ildə bir dəfə toyda, yasda gördüyüm qohum-əqrabamla, qonşularımla yenə o keçmiş günümüzdəki kim yaşayaq”.

Mirmehdi Rəsul işğaldan azad edilmiş ərazilərdə əkin sahalərinin istifadəyə verilməsinə də etirazını bildirib: “Mənə biri izahat versin, görüm, Azərbaycanda "sapiyor", yəni mina təmizləyən ştatları və avadanlığı olan ƏKİNÇİLİK şirkəti var? Varsa, heç, yox əgər yoxdursa, niyə mənə məxsus işğaldan azad olunmuş torpağı hansısa iri, cox iri məmura məxsus şirkət əkməlidir?(Versiya.az)

 

 



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər
1-04-2022, 19:43 Psaki Ağ evi tərk edir