Saytımızı qiymətləndirin


 
 

Putinlə Jirinovski arasında şok dialoq: Bizans belə əldən getdi
Tarix: 20-02-2021 | Saat: 12:20
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Prezidenti Putinlə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski arasında maraqlı dialoq yaşanıb.

Qarabaginfo.az xəbər verir ki, Duma üzvü olan müxalifət liderlərilə telekonfrans formatında görüş keçirən Putin Jirinovskinin xarici müdaxilə məsələsi ilə bağlı söylədiklərinə kəskin cavab verib. Belə ki, Jirinovski 988-ci ildə Rusiyanın Bizans xristian yolunu qəbul etdiyini deyib:

"Əvvəl kilsələr birləşmişdi, sonra parçalanacağını bilmirdik. Sonra Şərqdən "barbarlar" (türklər nəzərdə tutulur - red.) gəldi, 1453-cü ildə Konstantinopolda (Konstantinopolun fəthi - red.) hər şey dağıldı. Biz katolik və ya protestant deyilik. Xristian dünyasında yetimik. Onların dünyasında tək qaldıq".

Putin isə öz növbəsində Jirinovskinin sözlərinə düzəliş edib:

"Əlbəttə, Türkiyə də daxil olmaqla, Şərq məsələsində yüksək bilikli bir mütəxəssisiniz. "Barbarlar" Şərqdən gəldi, ortodoksal imperiyanı məhv etdi" dediniz. Ancaq yaxşı bilirsiniz ki, "barbarlar" gəlməmişdən öncə Qərbdən səlibçilər gəldi, pravoslav imperatorluğunu zəiflətdi. Daha sonra son zərbə endirildi və ələ keçirildi. Bu tarixi hadisələri heç vaxt unutmamalıyıq".

Qeyd edək ki, Putin-Jirinovski dialoqunda vurğulanan "barbarlar" sözü həqiqət deyil, daha çox, nifrətin ifadəsidir. Bizans imperiyasında yaşanan səfalətli durum osmanlıların gəlişi ilə aradan qalxdı və sabit bir düzən formalaşdı. Müsəlmanlar daxil olmaqla, digər dinin nümayəndələri də uzun əsrlər boyunca sülh və rifah içərisində yaşadılar.

 



Xəbəri paylaş

1321 dəfə oxunub.

Digər xəbərlər