Saytımızı qiymətləndirin


 
 

Yaşı 65-dən yuxarı olan şəxslərin NƏZƏRİNƏ
Tarix: 16-02-2021 | Saat: 16:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan şəxslərin randevu saytı vasitəsilə müraciəti davam edir.

 

Qarabaginfo.az xəbər verir ki, həmin vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər.

 

Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir.

 

Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

 

Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı videotəlimatla buradan tanış ola bilərsiniz.

 

Qeyd edək ki, fevralın 8-dən etibarən Azərbaycanda yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

 



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər