Saytımızı qiymətləndirin


 
 

Rektoru çıxarılan akademiyada yeni kadr təyinatı olub
Tarix: 09-02-2021 | Saat: 16:25
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Rektoru çıxarılan akademiyada yeni kadr təyinatı olub
Əziz Qarayusifli

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat olub.

Qarabaginfo.az xəbər verir ki, vəzifəyə mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli təyin olunub.

Qeyd edək ki, Ə.Qarayusifli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində çalışıb.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, “Əməkdar artist” fəxri adına layiq görülüb.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Xatırladaq ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin İlyas oğlu Əfəndiyev vəzifəsindən azad edilib.




121 dəfə oxunub.

Digər xəbərlər