Saytımızı qiymətləndirin


 
 

Qərbi Kaspi Universiteti açıqlama yaydı
Tarix: 08-02-2021 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qərbi Kaspi Universiteti açıqlama yaydı

“Qərbi Kaspi Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük və təəssüf hissi keçirərək bildiririk ki, bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bu açıqlama ilə  Qərbi Kaspi Universiteti çıxış edib. Açıqlamada bildirilir ki, Qərbi Kaspi Universiteti müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşıb, dahi liderin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi yolunda əvəzsiz xidmətlərinin gənc nəsilə çatdırılmasına səylə çalışıb, daim bu siyasətin dəstəkçisi olub və İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olub: 

“Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provakasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib. 

Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.

Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı və gördüyümüzdən iztirab və üzüntü keçirdiyimizi ifadə edirik”.
Yenisabah.az



Xəbəri paylaş

1381 dəfə oxunub.

Digər xəbərlər