Saytımızı qiymətləndirin


 
 

“Təmiz Şəhər” Keyfiyyəti İdarəetmə Sistemi üzrə ən yüksək standarta layiq görülüb
Tarix: 11-01-2018 | Saat: 17:18
Bölmə:Karusel / Gündəm | çapa göndər


“Təmiz Şəhər” ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

 

"Qarabaginfo" “Apa-Economics”ə istinadən xəbər verir ki, BSİ tərəfindən keçirilən auditlə “Təmiz Şəhər” ASC–nin bütün təsərrüfat sahələrində beynəlxalq standartlara uyğunluq qiymətləndirilib. Audit hesabatında cəmiyyət rəhbərliyinin və mütəxəssislərin peşəkarlığı, işlərin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb. Qiymətləndirməyə əsasən, Britaniya Standartlar İnstitutu tərəfindən cəmiyyət “Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə” ən yeni ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

 

Qeyd edək ki, “Təmiz Şəhər” ASC 2013-cü ildə ilk dəfə ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sisitemi”, 2015-ci ildə isə ISO 14001:2004 “Ətraf Mühiti İdarəetmə Sistemi” və OHSAS 18001:2007 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülüb və bu beynəlxalq standartlar hazırda da qüvvədədir.



Xəbəri paylaş

634 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 18:06 Makron Rusiyaya gəlib