Saytımızı qiymətləndirin


 
 

Rusiya-Türkiyə Birgə Mərkəzində fəaliyyət göstərəcək rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşır
Tarix: 27-01-2021 | Saat: 10:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Rusiya-Türkiyə Birgə Mərkəzində fəaliyyət göstərəcək rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşır

 

Rusiyalı hərbçilər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzində işə başlayır.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rusiyalı hərbçilər atəşkəs rejiminə nəzarətlə bağlı vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycana gəlməyə hazırlaşırlar.

Bildirilib ki, hazırlıq zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, onun işinin təşkili qaydasını, eyni zamanda, tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Qeyd olunub ki, Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün hərbi fəaliyyətlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcəklər. APA




235 dəfə oxunub.

Digər xəbərlər