Saytımızı qiymətləndirin


 
 

Lavrov: “Qarabağın statusu gələcəkdə həll olunmalıdır”
Tarix: 18-01-2021 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya xarici işlər naziri Sergey Lavrov Xocavənddə əsir düşən erməni diversantlarla bağlı açıqlama verib.

 

Qarabaginfo.az xəbər verir ki, o, əsirlərin  “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinin vacib olduğunu deyib.

 

“İndi əsas məsələ Hadrutda əsir düşən 62 əsirlə bağlıdır. Azərbaycan onların əraziyə sonradan gətiridiyini bildirərək, 9 noybar üçtərəfli razılaşmasının şərtlərinə daxil edilmədiyini əlavə edib. Rusiya dövlət başçısı və mən məsələni irəlilətməyə və əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çalışırıq”.

 

Sergey Lavrov Qarabağı Rusiyanın tərkibinə daxil etmək niyyətlərinin olmadığını da vurğulayıb.

 

“Rusiyanın Qarabağı tərkibinə daxil etmək planı yoxdur. Dağlıq Qarabağla bağlı məsələ region ölkələri, ilk növbədə, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır”- deyə Lavrov əlavə edib.

 

  Rusiya XİN rəhbəri Qarabağın yekun statusunun gələcəkdə həll olunacağını əlavə edib.

 

“Üç ölkə lideri 9 noyabr bəyanatında Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin üstündən keçərək bunu gələcəyə saxlamağa qərar verib. Çünki bu məsələdə Bakı ilə Yerevan arasında ciddi fikir ayrılığı var. Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”.

 

Lavrov üçtərəfli razılaşmanın gizli bəndlərinin olmadığını deyib.  



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər