Saytımızı qiymətləndirin


 
 

Doroxin: “9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim”
Tarix: 28-11-2017 | Saat: 15:27
Bölmə:Gündəm | çapa göndər

 

Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək.

 

Modern.az-ın məlumatına görə, bu barədə ötən gün Rusiyanın Azərbaycanda vəzifə səlahiyyətləri müddətini başa vurmuş səfir Vladimir Doroxinin səfirliyin saytında dərc edilmiş müraciətində deyilir.

 

Keçmiş səfir vurğulayıb ki, bu təlimatı yerinə yetirmək çətin olmayıb:

 

“Azərbaycan da Rusiya ilə eyni məqsəd üçün çalışırdı – ikitərəfli münasibətlərin möhkəmlənməsi”.

 

V.Doroxin Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə səfirliyin işinə göstərilən diqqətə görə azərbaycanlılara minnətdarlığını bildirib:

 

“Biz bir-birimizi daha yaxşı başa düşməyə, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”.

 

Diplomat vurğulayıb ki, bəzi məsələlərdə müxtəlif siyasi maraqlar mövcud olsa da ölkələr arasında yaxçı münasibətlər olub:

 

“İnanmaq istəyirəm ki, toplanan təcrübə gələcəkdə də hər iki ölkənin maraqları çərçivəsində istifadə olunacaq”.



Xəbəri paylaş

785 dəfə oxunub.

Digər xəbərlər