Ziya Məmmədovun bacısı ilə bağlı ƏSL HƏQİQƏT (VİDEO)
Tarix: 21-09-2017 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

823 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-09-2017 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.
Qarabağinfo.az xəbər verir ki, bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.
Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.
Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.
Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.
Xəbəri paylaş
Digər xəbərlər
27-02-2022, 19:32
Ukrayna-Rusiya danışıqları yaxın vaxtlarda başlaya bilər
24-12-2022, 12:16
Qarabağın bərpasına 20 milyard manat xərclənəcək
6-03-2025, 15:28
Rusiyada 12 il əvvəl qətl törədən şəxslər Bakıda həbs olunub
14-06-2022, 10:00
DİN valideyn və məzunlara müraciət etdi
9-09-2021, 19:18
Azərbaycanda son sutkada 3655 nəfər COVID-19-dan sağalıb, 2254 nəfər yoluxub, 35 nəfər ölüb
16-08-2022, 13:07
Əks-hücumları və standart vəziyyətləri təhlükəlidi - Qurban Qurbanov
14-10-2024, 13:55
Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb
9-04-2025, 15:46
Mirzoyan Türkiyəyə səfər edəcək
22-08-2022, 10:14
Elşən Zeynalova general-mayor rütbəsi verilib


















