Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənovla Hulusi Akarın birgə mətbuat konfransı keçirilib - Video
Tarix: 09-11-2021 | Saat: 10:33
Bölmə:Manşet / Karusel | çapa göndər

Zakir Həsənovla Hulusi Akarın birgə mətbuat konfransı keçirilib

 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb. Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.

Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb.

Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli Müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər