Saytımızı qiymətləndirin


 
 

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib
Tarix: 27-11-2020 | Saat: 14:52
Bölmə:--- | çapa göndər

"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib

Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət planı 5 istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir:

- uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;

- erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;

- valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi;

- uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

- uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.



Xəbəri paylaş

91 dəfə oxunub.

Digər xəbərlər