Ana Sayfa > --- > "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib
"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib27-11-2020, 14:52. Yazar: Admin |
Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir. Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Fəaliyyət planı 5 istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir: - uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması; - erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması; - valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi; - uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi; - uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi. Geri dön |