Saytımızı qiymətləndirin


 
 

Deputat: “Bakıya qəhrəman şəhər adı, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”.
Tarix: 09-04-2020 | Saat: 15:33
Bölmə:--- | çapa göndər

Deputat: “Bakıya qəhrəman şəhər adı, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”

“Bakı şəhərinə qəhrəman şəhər adının, Yusif Məmmədəliyevə Nobel mükafatı verilməsi məsələsi gündəmə gətirilməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, yubiley medalı eyni zamanda dünyasını dəyişən şəxslərə də verilsin: “Yusif Məmmədəliyevin rəhbərliyi altında yüksək oktanlı yanacaq ixtira olunub və qırıcı təyyarələrdə bu yanacaqlardan istifadə olunub. Azərbaycanlılar nefti ilə, qanı ilə, canı ilə faşizmə qarşı müharibədə həlledici rol oynayıb”.



Xəbəri paylaş

94 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi