Saytımızı qiymətləndirin


 
 

Vergilər Nazirliyi 366 mindən çox vergi ödəyicisinə “Asan İmza” verib - “Asan İmza”
Tarix: 07-10-2017 | Saat: 17:34
Bölmə:--- | çapa göndər

 

 

Sentyabrda 955 hüquqi, 6 084-ü fiziki şəxs olmaqla ümumilikdə 7 039 vergi ödəyicisi qeydiyyatdan keçib

 "Qarabaginfo" "report.az" istinadən bildirir ki, bu ilin oktyabrın 1-i tarixinə vergi ödəyicilərinə ümumilikdə 366 187 sayda “Asan İmza” sertifikatı verilib. Bu barədə “Report”a Azərbaycan Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib.

Məlumata görə, sentyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15 237 zəng cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 46 824 SMS göndərilib.

Sentyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 388 436 daxilolma qeydə alınıb. Bundan əlavə vergi ödəyicilərinə xidmət strukturlarında 24748 vətəndaş qəbul edilərək onlara 37032 sayda xidmət göstərilib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayı ərzində 955 hüquqi, 6 084-ü fiziki şəxs olmaqla ümumilikdə 7 039 vergi ödəyicisi qeydiyyatdan keçib.



Xəbəri paylaş

91 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi