Saytımızı qiymətləndirin


 
 

Bakıda “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib
Tarix: 28-09-2017 | Saat: 15:55
Bölmə:Sosial | çapa göndər

 

“Azərbaycanın bu məsələdə üzərinə götürdüyü odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə olunsun”

Bakı. 28 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam Həmrəyliyi: Azərbaycandan çağırış” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, QMİ-nin Elmi-Dini Şurasının üzvü, professor Anar İsgəndərov deyib ki, İslam həmrəyliyi ilə bağlı həm Azərbaycanda, həm də ölkədən kənar keçirilən tədbirilərin əhəmiyytəi böyükdür.

A.İsgəndərov QMİ-nin Azərbaycan tarixindəki rolundan danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, 2017-ci ilin “İslam həmrəyliyi ili”nin elan edilməsi mühüm məsələdir: “Bu, sabitliyə hesablanmış addımdır. Dünyadakı bəzi proseslər baş verir, müharibələr olur, burada daha çox dinin rolu qabardılır. İslam dünyası inkişafla ayaqlaşa bilmir, geri qalır. İslam coğrafiyasındakı ölkələr inkişaf etməlidir. Azərbaycanın bu məsələdə üzərinə götürdüyü odur ki, İslam dünyasında sülh olsun, həmrəylik əldə olunsun”.

Komitə sədri qeyd edib ki, İslam həmrəyliyi ilə bağlı atılan addımlar təkcə ölkə daxilinə deyil, həm də beynəlxalq aləmə hesablanıb: “Bu, bir missiyadır. Hər bir Azərbaycan vətəndaşını bu işdə öz yanımızda görürük”.

Tədbirin sonunda dünya dövlətlərində müsəlmanların sayı ilə bağlı slayd müzakirə olunub.



Xəbəri paylaş

799 dəfə oxunub.

Digər xəbərlər