Saytımızı qiymətləndirin


 
 

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Tarix: 23-12-2019 | Saat: 18:12
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

 

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Qarabaginfo xəbərinə görə, saat 17:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Burada 15792 nəfər (40.89%) səs verib.

Eyni zamanda seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsidir. Burada 7778 (23.32%) nəfər səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfəri səs verib.



Xəbəri paylaş

451 dəfə oxunub.

Digər xəbərlər
23-04-2022, 09:08 Fransada sükut günüdür