
Rusiya XİN başçısı: "Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına daxildir"
Tarix: 20-11-2017 | Saat: 16:52
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
769 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-11-2017 | Saat: 16:52
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
REPORT.AZ "BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi ATƏT-in Minsk qrupunun münaqişə tərəfləri ilə müzakirə etdiyi sənədlərə daxildir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını aradan qaldırmaq üçün nə edə biləcəyi ilə bağlı məsələni şərh edərkən Bakıda keçirilən brifinqdə deyib.
"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi - bütün bunlar dediyim, 2007-ci ildən bəri ATƏT-də yığılan sənədlərə daxildir", - S.Lavrov bildirib.
Onun sözlərinə görə, bu sənədlərdə tərəflərin heç birində heç vaxt şübhə doğurmayan, eyni zamanda, əlavə səylər tələb edən bır sıra bəndlər var.
"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas tələbi olan atəşkəsin elan edilməsinin ardından ATƏT-in Minsk qrupunun yaradıldı. Azərbaycan torpaqlarının azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı bütün məsələlər danışıqlar yolu ilə həll edilməli olan vəzifə kimi qarşıya məqsəd qoyulub. Biz də məhz bu işlərlə məşğul oluruq", - rusiyalı nazir vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-10-2023, 10:26
“Fələstinin İsrailə hücumu 2022-ci ildən hazırlanır”- HƏMAS yaraqlısı
6-02-2019, 14:27
Sabahın hava proqnozu açıqlanıb
14-10-2021, 10:04
DİN Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntülərini yayıb - VİDEO
6-10-2022, 21:18
Ərdoğan Praqada Nikol Paşinyanla görüşüb
17-01-2024, 14:57
65 min ailə ünvanlı dövlət sosial yardımı alır
20-09-2022, 22:31
Hikmət hacıyevdən Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı
14-07-2022, 15:04
Paytaxtın Xəzər rayonunda sakinlərin müraciətləri dinlənildi
7-12-2021, 17:35
Azərbaycan-İran sərhədində atışma olub, ölən var






" style="width: 670px; height: 340px;">








