Saytımızı qiymətləndirin


 
 

Xocalı soyqırımı erməni faşizminin bəşəri cinayəti  -FOTO
Tarix: 26-02-2019 | Saat: 12:28
Bölmə:Manşet / Karusel | çapa göndər


Tahirov Məcid Yaqub oğlu,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin “Arxiv fondunun mühafizəsi, uçotu və Arxiv fondunun istifadəsi” şöbəsinin məsləhətçi – arxivçisi


Azərbaycan xalqı XX əsrin əvvəllərindən etibarən erməni millətçilərinin davamlı olaraq “etnik təmizləmə”, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşaiyət olunmuşdur. Erməni qəsbkarları körpələri, südəmər uşaqları, hətta ana bətnində olan yavruları təsadüfən hədəfə almırdılar. Erməni millətçiləri bu qanlı cinayətləri planlı şəkildə, bilərəkdən törədirdilər. Bütün bu cinayətlər, qırğınlar ermənilərin millətçi partiyalarının ideologiyasından və proqramlarından qaynaqlanır və müasir dövrdə dövlət səviyyəsində törədilir. Erməni millətçiləri erməni lobbisinin yardımı ilə bu siyasəti həyata keçirməkdədirlər. Yüz il bundan öncə 1918-ci ildə erməni millətçilərinin Bakıda törətdiyi qırğınları öz gözləri ilə görən Polşalı diplomat Kukla xatirələrində yazırdı ki, erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, 3-4 günlük südəmər körpələri isə süngülərinə taxırdılar. Həmin bu hadisə zamanı çəkdiyi fotoları isə o,  belə şərh edirdi: “Mələk qədər sevimli bir azərbaycanlı körpə İçərişəhərin divarına mıxlanmışdır. Mıx uşağın düz ürəyinin üstündən vurulmuşdur”. Dediklərimiz yazıçı, publisist təxəyyülünün məhsulu deyil, əcnəbi diplomatın çəkdiyi fotolara öz əli ilə yazdığı xatirədir, faktiki materialdır. Erməni millətçilərinin xalqımıza, məsum körpələrə qarşı törətdiyi bu qəbildən olan ağlasiğmaz, amansız cinayətləri çoxdur. Təkcə atəşkəs dövründə 34 azyaşlı uşaq erməni gülləsinə tuş gəlmiş, onlardan 14-ü həlak olmuşdur. Mərmiləri dinc sakinlərin həyətinə yağdıran, minaatanı 18 aylıq körpə Zəhraya tuşlayan erməni əsgərinin şərəfsiz və ləyaqətsiz hərəkətini sözlə ifadə etmək mümkün deyil.


XX əsrdə nəinki Azərbaycan xalqının, həm də dünya ictimayətinin üzləşdiyi, gördüyü ən dəhşətli faciələrdən biri Xocalı soyqırımıdır. Bu günlərdə xalqımız öz tarixinin və taleyinin ən ağır, acı faciələrindən birinin − erməni yaraqlılarının Xocalıda əliyalın, mülkü vətəndaşlara qarşı törətdiyi soqırımın 27-ci ildönümünü dərin hüzünlə qeyd edir. Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Soyqırımı cinayəti ilk dəfə olaraq 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III) saylı qətnaməsi ilə beynəlxalq hüquqi status almışdır. Xatırlatmaq isterdim ki, Umumimilli Lider Heydər Əliyevin 1996 – cı il 31 may tarixlində Azərbaycan Respublikasınında bu Konvensiyaya qoşulması haqqında qanun imzalamışdır.

Soyqırımı hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir. Bu yollar aşağıdakılardır: bu qrupların üzvlərinin öldürülməsi; onların sağlamlığına ağır zərbə, zərər yetirilməsi; uşaqların doğulmasına zorla əngəllər yaradılması; bu qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi; zorla köçürülmə; qrupun məhv edilməsinə şəraitin yaradılması.

1993-cü ildə Ümumimilli Lider Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı günü kimi qəbul olundu. 1997-ci il verdiyi 498 sayli qərarı ilə, hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Bu qərarlar erməni məkrini ifşa etmək üçün bir çağırış idi.

 

Erməni millətçilərinin Xocalı şəhərində törətdikləri cinayətlər insanlığa qarşı yönəlmiş bəşəri cinayətdir. Lakin təəssüf ki, erməni faşistləri tərəfindən tarix boyu xalqımıza qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, onlara layiq olduqları cəzalar verilməyib.

Xocalı qətliamının dünya dövlətləri tərəfindən soyqırımı aktı kimi tanınmasına nail olmaq üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də “Xocalıya Ədalət” kompaniyası başlamışdır.


Bu kompaniya çərçivəsində mühüm işlər görülmüşdür.  26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, 200.000 yürüş iştirakçısı saatlarla davam edən aksiyada “Hamımız Xocalılıyıq” şüarları səsləndirmişlər. 2012-ci ildə Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da vağzalın giriş və çıxış qapıları, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmışdı. Sonra 2015-ci ildə Moskvada, 2016-cı ildə Londonda, Braziliyada, 2017-ci ildə Kiyevdə, Barselonada, Madriddə, Mərakeşdə, 2018-ci ildə Moskvada tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə Xocalı soyqırımına aid filimlər (“Sonsuz dəhliz”, “Böyüməyən uşaqlar”) göstərilmiş, kitablarin (“Xocalı Soyqırımı”, “Böyüməyən uşaqlar”, “Ağrı” romanı) təqdimatı olmuşdur.


Xocalı soyqırımını Azərbaycan Respublikasından  başqa tam səviyyədə qətliam kimi Sudan tanıyır.Bu  qırğını parlament səviyyəsində soyqırımı kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Ruminiya və Şotlandiya tanıyır. ABŞ - ın 24 ştatı Xocalını soyqırımı kimi tanıyan sənəd qəbul edib.

Ermənistan Respublikasının  eks-prezidenti, Xocalı soyqırımı zamanı qanunsuz separatçı rejimin “özünümüdafiə qüvvələri komitəsinin” rəhbəri olmuş Serj Sakisyanın Böyük Biritaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədəki fikirləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu ( stereotipi ) qıra bildik və budur baş verənlər”. Jurnalistin minlərlə adamın ölməsindən təəssüf hissi keçirdib-keçirmədiyi barədə sualına Serj Sarkisyan utanmadan belə cavab vermişdi. “ Mən heç bir təəssüf keçirmirəm.... hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”. Erməni faşistlərinin törətdikləri cinayətlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demisdir ki, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdmaq, suverenlik və ərazi bürövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhraman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçilik naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.



Xəbəri paylaş

641 dəfə oxunub.

Digər xəbərlər
28-03-2023, 12:32 Zelenski Polşaya gedəcək