Saytımızı qiymətləndirin


 
 

Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub
Tarix: 21-10-2021 | Saat: 11:38
Bölmə:Manşet / Karusel | çapa göndər

 Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Qarabaginfo.az xəbər verir ki, “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.



Xəbəri paylaş

244 dəfə oxunub.

Digər xəbərlər
7-12-2021, 08:22 Zaqatalada zəlzələ olub