Tarix: 18-02-2026 | Saat: 21:24
Bölmə:Karusel / Dünya | çapa göndər
Tramp administrasiyası Yaxın Şərqdə əksər amerikalıların düşündüyündən daha böyük və qanlı bir müharibənin astanasındadır. Cenevrədə aparılan diplomatik danışıqların fonunda ABŞ bölgəyə görünməmiş sayda hərbi qüvvə yığmağa başlayıb.
Qarabaginfo.az “Axios” portalına istinadən xəbər verir ki, ABŞ-nin İrandakı hərbi əməliyyat planı sadəcə nöqtəvi zərbələrdən ibarət olmayacaq.
Mənbələr bunun həftələrlə davam edəcək, tammiqyaslı və rejim üçün ekzistensial təhlükə yaradan nəhəng bir kampaniya olacağını bildirirlər.
Nəşr yazır ki, fevralın 17-də Cenevrədə Trampın yaxın müşavirləri Cared Kuşner və Stiven Uitkoff ilə İranın xarici işlər naziri Seyid Abbas Araqçı arasında 3 saatlıq gərgin görüş keçirilsə də, ciddi irəliləyiş əldə olunmayıb. Vitse-prezident Cey. Di. Vens “Fox News”a müsahibəsində bildirib ki, Tehran hələ də Trampın “qırmızı xətlər”ini qəbul etməyə hazır deyil və İrana öz detallı təkliflərini təqdim etmək üçün cəmi iki həftə vaxt verilib.
Portal onu da əlavə edib ki, bölgədəki hərbi yığıncaq artıq blef həddini keçib. Son 24 saat ərzində regiona əlavə olaraq 50-dən çox F-35, F-22 və F-16 qırıcıları yerləşdirilib. Artıq ikinci təyyarədaşıyan gəmi qrupu olan “USS Gerald R. Ford” da bölgəyə daxil olub və ABŞ-nin 150-dən çox hərbi yük təyyarəsi artıq əraziyə sursat daşıyıb.
Trampın müşavirlərindən biri agentlik ilə söhbətində bildirib ki, Prezident artıq bezib və yaxın bir neçə həftə ərzində real hərbi əməliyyatların başlama ehtimalı 90%-dir. Müşahidəçilər isə xatırladırlar ki, ötən ilin iyununda keçirilmiş 12 günlük “Gecəyarısı çəkici” (Operation Midnight Hammer) əməliyyatından fərqli olaraq, budəfəki ssenari rejimin tamamilə süqutunu və bütün hərbi infrastrukturun məhvini hədəfləyir.
Digər xəbərlər







" style="width: 670px; height: 340px;">







