Saytımızı qiymətləndirin


 
 

Siyarto Sibiqaya cavab verib: Macarıstan Ukraynaya heç nə borclu deyil
Tarix: 18-02-2026 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna XİN rəhbəri- Andrey Sibiqa və Macarıstan XİN rəhbəri Peter Siyarto

 

Macarıstan Ukraynaya heç nə borclu deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqaya cavabında deyib.

Rusiyanın heç bir Aİ ölkəsinə hücum etmədiyini bildirən macar nazir Ukraynanın sadəcə özünü müdafiə etdiyini vurğulayıb.

“Təhlükəsizliyimizə isə Ukrayna yox, NATO zəmanət verir”, - Siyarto əlavə edib.

Qeyd edək ki, Siyarto daha əvvəl Ukraynanın Avropanı müdafiə etmədiyi fikrini səsləndirib.

Andrey Sibiqa isə Ukraynanın Avropanı qoruduğunu iddia edib.

“Ukrayna Rusiya tanklarının Avropa küçələrində hərəkət etməsinin qarşısını alır. Görünür ki, Rusiyanın mükafatları və enerji gəlirləri amneziyaya yol açıb”, - Sibiqa Peter Siyartonu nəzərdə tutaraq 1956-cı ildə Budapeştə Sovet tanklarının yeridilməsi ilə müqayisə aparıb.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər