Saytımızı qiymətləndirin


 
 

Rusiyadan Qazaxıstana qaz kəmərinin istifadəyə veriləcəyi ilkin tarix açıqlanıb
Tarix: 05-02-2026 | Saat: 16:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rusiyadan Qazaxıstana qaz kəmərinin istifadəyə veriləcəyi ilkin tarix açıqlanıb

Qazaxıstanın şimal regionlarının qazla təmin edilməsi məqsədilə inşa olunan İşim-Astana magistral qaz kəmərinin 2030-cu il 1 yanvar tarixində istismara verilməsi planlaşdırılır.

Qarabaginfo.az-ın Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Moskvadakı səfiri Dauren Abayev bildirib.

“Ölkəmizin şimal regionlarının qaz təchizatı baxımından “Qazprom” ilə İşim-Astana magistral qaz kəməri layihəsinin icrasına dair memorandumun imzalanması mühüm əhəmiyyət kəsb edir. İlkin olaraq müəyyən edilmiş müddətlərə əsasən, qaz kəməri 2030-cu il yanvarın 1-də fəaliyyətə başlamalıdır”, - diplomat qeyd edib.

Səfir iki ölkə arasında qaz tranziti məsələləri üzrə əməkdaşlığın dərinləşdiyinə də diqqət çəkib:

“Qazaxıstan ərazisi vasitəsilə Rusiyadan Özbəkistana qaz tranzitinin həcmləri planlı şəkildə artır. Bu layihə regional sabitliyin və Mərkəzi Asiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək”.



Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər
18-09-2020, 13:39 Hava küləkli olacaq