Tarix: 13-01-2021 | Saat: 19:11
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Sosial şəbəkələrdə məktəbli Zümrüd Ağasıyevanın maraqlı əl işləri paylaşılıb.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycan abidələrini geyim formasında eskizini hazırlayan 16 yaşlı gələcək modelyer fikirlərini və gələcəklə bağlı planlarını paylaşıb:
"Moda dizaynında eskizdə ruhlanma anlayışı var. Təbiətdən, heyvanlardan, tikililərdən və ya daha fərqli şeylərdən ilhamlanıb bunu eskiz üzərində öz yaradıcılığınızla birləşdirib tətbiq edə bilərsiniz. Mənim hədəflərimdən biri uğurlu modelyer olmaqdır. Gələcəkdə də Azərbaycanla bağlı bir kolleksiya hazırlamağı planlayırdım ki, bəzi geyimləri indidən çəkmək qərarına gəldim. Bu rəsmlərdə ancaq tarixi abidələrdən yox, həm də tanınmış və Azərbaycanı təmsil edən fərqli tikililərdən ilham almışam.
Eskizlərimin belə çox insanın marağını doğuracağına inanmazdım. Gələcəkdə də təhsilimi və həyatımı İtaliyada davam etdirməyi planlaşdırıram. Əlbəttə ki, işlərimdə məni məmnun edəcək səviyyəyə gəldikdə Azərbaycanla bağlı kolleksiyalar hazırlayıb dünyaya təqdim edəcəm və Qarabağda şirkətimin bir fillialını açacağam. Ölkəmizdə bu sahədə gedib maariflənib, prossesləri izləyə biləcəyimiz bir şirkət olmadığını nəzərə alaraq, bunu həm də moda sahəsinə həvəsi olan gənclər üçün edəcəm". (Qaynarinfo.az)
Digər xəbərlər