Tarix: 25-01-2026 | Saat: 12:11
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA-nın) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində Qarabaginfo.az-a verilən məlumata görə, Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">













