Saytımızı qiymətləndirin


 
 

Səfir: ABŞ Suriyada separatizm və federalizmə dəstək vermir
Tarix: 21-01-2026 | Saat: 21:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ-ın Suriya üzrə xüsusi elçisi və Türkiyədəki ABŞ səfiri Tom Barak

 

Hazırda Suriyada kürdlər üçün ən böyük imkanlar açılır.

Qarabaginfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi elçisi və Türkiyədəki ABŞ səfiri Tom Barak bildirib.

O, Bəşər Əsədin devrilməsindən sonra, Prezident Əhməd əl-Şaraa rəhbərliyində yeni hökumətin sayəsində mümkün olduğunu vurğulayıb: “Bu, uzun illər ərzində Bəşər Əsəd rejimində mümkün olmayan tam inteqrasiya yolunu təmin edir”.

Tom Barakın sözlərinə görə, ABŞ-ın Suriyanın şimal-şərqində hərbi mövcudluğu əsasən İŞİD-lə mübarizədə tərəfdaşlıq kimi əsaslandırılıb, lakin indiki vəziyyət köklü şəkildə dəyişib: “Suriyada artıq tanınmış mərkəzi hökumət mövcuddur”.

Diplomat qeyd edib ki, ABŞ uzunmüddətli hərbi mövcudluqda maraqlı deyil və indiki prioritetlər İŞİD-in qalıqlarının məhv edilməsi, sülhün dəstəklənməsi və milli birliyin gücləndirilməsidir.

“ABŞ separatizm və federalizmə dəstək vermir”, - o əlavə edib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər
19-05-2025, 14:33 Lavrov Ermənistana gedir