Saytımızı qiymətləndirin


 
 

8,5 tonluq peyk yerə düşür - Planet təhlükədə
Tarix: 05-01-2018 | Saat: 10:29
Bölmə:Karusel / Dünya | çapa göndər

 

8,5 tonluq peyk yerə düşür

 

Çinin “Tianqonq-1” (Cənnət sarayı) adlı kosmik stansiyası idarəetmədən çıxıb.

"Qarabaginfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8,5 ton ağırlığı olan peyk, hazırda atmosfer qatının 350 km hündürlüyündə hədəfsiz şəkildə hərəkət edir.

“Tianqonq-1” martda atmosfer qatına yaxınlaşacağı proqnozlaşdırılır. Bu zaman yüksək təzyiq və istilik qarşılaşacaq stansiyanın partlayacağı ehtimal edilir. Ortaya çıxacaq parçaların isə yerdə böyük təhlükələrə səbəb olacağı bildirilir.

Belə ki, ən az 100 kq-lıq hissələrə ayrılacağı ehtimal edilən peykin, yaşayış yerlərinə düşəcəyi təqdirdə böyük itkilərə səbəb olacağından ehtiyat edilir.

“Aerospace Corporation” adlı araşdırma şirkətinin mütəxəssisi Bill Aylor isə parçalanmış hissələrin okeana düşəcəyini hesablayıb.

Qeyd edək ki, “Tianqonq-1” istismar müddətini ötən ilin martında bitirib.



Xəbəri paylaş

606 dəfə oxunub.

Digər xəbərlər
23-06-2022, 12:58 Sabah hava necə olacaq?