Saytımızı qiymətləndirin


 
 

NATO dağıla bilər- Danimarkanın baş naziri
Tarix: 07-01-2026 | Saat: 12:37
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ almaq qərarı NATO üçün ağır nəticələr doğura bilər.

Qrabaginfo.az xəbər verir ki, baş nazir bu fikirləri Donald Trampın Qrenlandiya məsələsini yenidən gündəmə gətirməsi ilə bağlı yayılan məlumatları şərh edərkən səsləndirib.

Frederiksenin sözlərinə görə, ABŞ-ın hərbi yolla NATO-ya üzv olan başqa bir ölkəyə müdaxilə etməsi Avropanın onilliklər ərzində formalaşdırdığı təhlükəsizlik sisteminin ciddi şəkildə pozulmasına səbəb ola bilər. O vurğulayıb ki, belə bir addım alyans daxilində etimadı sarsıdar və NATO-nun bütövlüyünü təhlükə altına salar.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər
9-09-2019, 14:00 ÇƏTİN SUAL - hekayə