Saytımızı qiymətləndirin


 
 

Tramp Qazaxıstan və Özbəkistan prezidentlərini G20 Sammitinə dəvət edib
Tarix: 24-12-2025 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefonla danışıb.

Bu barədə ABŞ Prezidenti “Truth” sosial hesabında yazıb. O, danışıqlar zamanı davam edən münaqişələrə son qoymağın və millətlər arasında ticarət və əməkdaşlığın artırılmasının vacibliyini müzakirə etdiklərini bildirib.

ABŞ Prezidenti, hər iki ölkə ilə münasibətlərin möhtəşəm olduğunu vurğulayıb. Tramp hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 Sammitinə dəvət edib.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər