Saytımızı qiymətləndirin


 
 

Türkiyə XİN: Ukraynada sülh razılaşmasının bəzi maddələri referendumla həll edilə bilər
Tarix: 13-12-2025 | Saat: 23:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə XİN: Ukraynada sülh razılaşmasının bəzi maddələri referendumla həll edilə bilər

Ukraynada sülh razılaşmasının bəzi maddələrinin referendum yolu ilə həll olunması mümkün ola bilər.
Qarabaginfo.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan səsləndirib.

Nazirin sözlərinə görə, sülh prosesi çərçivəsində müzakirə olunan məsələlərin böyük hissəsi üzrə artıq ilkin razılaşmalar əldə olunub.

O bildirib ki, mövcud prosesin yekunu Ukraynada keçiriləcək seçkilər və referendumlarla bağlı ola bilər.

Hakan Fidan vurğulayıb ki, xüsusilə razılaşmanın tərkibində yer alan bəzi mühüm və həssas maddələr var ki, onların yalnız referendum yolu ilə qəbul edilməsi real hesab olunur.

Nazir əlavə edib ki, bu cür qərarlar siyasi liderlərin təkbaşına imza atmaq istəməyəcəyi qədər ciddi ola bilər və belə hallarda birbaşa xalqın iradəsinə müraciət etmək variantı gündəmə gələ bilər.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər
5-02-2019, 10:10 Bürclər- 5 fevral