Saytımızı qiymətləndirin


 
 

Lukaşenko ABŞ-ın Belarus üzrə xüsusi elçisi ilə görüşdə "nəsə edəcəyinə" söz verib
Tarix: 12-12-2025 | Saat: 17:09
Bölmə:Karusel / Dünya | çapa göndər

​​​​​​​Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Koul

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Koul ilə görüş keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko onu Belarus üzrə xüsusi elçi vəzifəsinə təyinatı münasibətilə təbrik edib, görüş zamanı müzakirə ediləcək çox məsələ olduğunu bildirib.

“Bizim müzakirə edəcəyimiz çox məsələ var. Dünya çox sürətlə dəyişir, yeni problemlər yaranır və biz onları sizinlə müzakirə etməliyik. Bəlkə də bəzi məsələləri həll etməli olacağıq”, – Prezident qeyd edib.

O həmçinin ABŞ Prezidentinin – öz amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirib: “Deyirlər ki, Tramp tərifi sevir. Amma mən bunu tərif üçün demirəm. Sadəcə demək istəyirəm ki, son vaxtlar o, gördüyü işlərlə mənə çox xoş gəlir”.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər