Saytımızı qiymətləndirin


 
 

Türkiyə MN ABŞ səfirinin S-400-lərlə bağlı dediklərinə münasibət bildirib
Tarix: 12-12-2025 | Saat: 14:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə MN ABŞ səfirinin S-400-lərlə bağlı dediklərinə münasibət bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı dediklərinə münasibət bildirib.

Qarabaginfo.az-ın Türkiyə bürosunun xəbərinə görə, Nazirlik S-400-lə bağlı son günlərdə yayılan sanksiya iddialarının əsassız olduğunu açıqlayıb.

Nazirlikdən bildirilib ki, Türkiyə və Vaşinqton Ankaranın F-35 proqramına yenidən qoşulmasına mane olan məsələləri müzakirə edir, lakin Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinə sahibliyi ilə bağlı heç bir dəyişiklik yoxdur.

Nazirlikdən o da bildirilib ki, Britaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələri təhvil verilən qədər müvəqqəti həll kimi Qətər və Omandan hərəsindən 12 ədəd olmaqla ümumilikdə 24 təyyarənin alınması planlaşdırılır.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın sözlərinə görə, əgər Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır.



Xəbəri paylaş

78 dəfə oxunub.

Digər xəbərlər