Saytımızı qiymətləndirin


 
 

Rusiya məhkəməsi Putinin tutulmasına order verən BCM-in prokuroruna qiyabi 15 il həbs cəzası verib
Tarix: 12-12-2025 | Saat: 14:12
Bölmə:Karusel / Dünya | çapa göndər

BCM-in prokuroru Kərim Xan

Rusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) doqquz vəzifəli şəxsi barədə qərar çıxarıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Kərim Xan da daxil olmaqla, məhkəmənin doqquz vəzifəli şəxsi qiyabi olaraq 15 ilə qədər həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, BCM-in prokuroru Kərim Xan Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. O, barəsində istintaq başa çatana qədər istefa verib.

Rollarından asılı olaraq, təqsirləndirilən şəxslər Rusiya Cinayət Məcəlləsinin 299-cu maddəsinin 2-ci hissəsi (günahsız olduğu bilinən şəxsi cinayət məsuliyyətinə cəlb etmə və ya qanunsuz olaraq cinayət işi başlatma), 301-ci maddəsinin 2-ci hissəsi (qanunsuz həbs, saxlama və ya həbsdə saxlama), 30-cu maddəsinin 1-ci hissəsi və 360-cı maddəsinin 2-ci hissəsi (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya qurumlara hücum etməyə hazırlaşmaq və ya təhdid etmə) ilə təqsirli biliniblər.

Məhkəmə, Kərim Xanın 2022-ci ilin fevral-mart ayları arasında Haaqa məhkəməsində Rusiya vətəndaşlarını qanunsuz olaraq məsuliyyətə cəlb etdiyini müəyyən edib. Bildirilib ki, hüquqi əsasların olmamasına baxmayaraq, BCM Rəyasət Heyəti palatanın hakimlərinə açıq-aşkar qanunsuz həbs qərarları verməyi tapşırıb.

Qeyd edək ki, BCM-in prokuroru Kərim Xan Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. O, barəsində istintaq başa çatana qədər istefa verib.



Xəbəri paylaş

59 dəfə oxunub.

Digər xəbərlər