Saytımızı qiymətləndirin


 
 

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub
Tarix: 11-12-2025 | Saat: 14:16
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub - YENİLƏNİB

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

Qarabaginfo.az xəbər verir ki, Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər