Saytımızı qiymətləndirin


 
 

Tramp Maduronun sayılı günləri qaldığını bildirib
Tarix: 09-12-2025 | Saat: 17:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Venesuela lideri Nikolas Maduro

 

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun siyasi həyatının sayılı günləri qaldığını bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu məsələyə “Politico”ya müsahibəsində toxunub.

O, ABŞ qoşunlarının Venesuelaya daxil olub-olmayacağı ilə bağlı suala cavab vermək istəmədiyini deyib.

“Mən bu barədə danışmıram. Venesuelada əməliyyat keçirib-keçirməyəcəyimizi deyə bilmərəm. Bunu deyə bilərəm ki, o, (Maduro) həbsxanalardan, narkotik tacirlərinin arasında və digər yerlərdən milyonlarla adam göndərib. O, bunu bizim IQ-su çox aşağı olan prezidentimizin vaxtında edib. Bilirsiniz, Bayden IQ-su çox aşağı olan bir adamdır, xüsusilə indilərdə. Yəni, o 30 il bundan əvvəl də IQ-su zəif olan adam idi, amma indi daha da pisləşib. Onun bizim ölkəmizin başına gətirdikləri heç yaxşı deyil”, - Tramp bildirib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər