Saytımızı qiymətləndirin


 
 

Lavrov Əbu-Dabidə Rusiya-ABŞ danışıqları ilə bağlı xəbərləri şərh edib
Tarix: 25-11-2025 | Saat: 14:57
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiyanın Vaşinqtonla daimi əlaqə kanalları var.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Əbu-Dabidə Rusiya-ABŞ danışıqları ilə bağlı Amerika mediasının xəbərlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moskva sülh təşəbbüslərini pozmağa yönəlmiş boş söhbətlər etməkdənsə, diplomatiya ilə məşğul olmağa üstünlük verir.

Lavrov vurğulayıb ki, Rusiya ABŞ-ı Ukrayna ilə bağlı danışıqlar prosesində tələsdirmir: "Biz ümid edirik ki, ABŞ Ukrayna və Avropa ilə məsləhətləşmələrini başa vurduqda, onlar Moskvaya məlumat verəcəklər".

Qeyd edək ki, ABŞ mediası Əbu-Dabidə bu gün keçiriləcək görüşdə ABŞ ordu nazirinin Rusiya rəsmilərinə Ukraynada münaqişənin həlli ilə bağlı qısaldılmış plan təqdim edəcəyo barədə məlumat yayıb.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər
8-08-2022, 14:45 Daşkəsəndən sel keçib